Operativ Məlumat Mərkəzi

Ronaldonun etdiyini etmək istədi – Ölümlə üz-üzə qaldı

2 dəq
Paylaş:
Ronaldonun etdiyini etmək istədi – Ölümlə üz-üzə qaldı

Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu bunun ağır fəsadlarını yaşayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 22 futbolçu bir qədər çəki və itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb.

Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb.

Gənc futbolçu qida rasionunda əsasən balıq yeməkləri, salat və qida əlavələrindən istifadə etdiyini bildirib.

Lakin futbolçu bir neçə gündən sonra bu pəhrizin onun səhhətinə zərər vurduğunu müşahidə edib.

“Oyuna ilk 11-likdə başlayacaqdım. Çox həvəsli idim. Matçdan əvvəl isinmə hərəkətlərinə başladım. 5 dəqiqədən sonra sadəcə olaraq qaça bilməyəcəyimi anladım. Sanki ölümlə üz-üzə qaldım, yerə yıxıldım. Dərhal pəhrizi saxladım və klubun diyetoloquna bu barədə məlumat verdim”, - deyə Qabriel Menino bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax