Operativ Məlumat Mərkəzi

Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb

2 dəq
Paylaş:
Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb

Ermənistanın keçmiş prezidenti Koçaryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmə qarşısında təkrar iddia qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, bu barədə “Datalex” məhkəmə məlumat portalında bildirilib.

İddiada R.Koçaryan Simonyandan teleqram kanalında dərc etdiyi ifadələrə görə ictimai üzr və təkzib edir.

Keçmiş prezidentin iddiasına görə, yerləşdirilən məlumat yalan və əsassız xarakter daşıyır, onun şərəf, ləyaqət və nüfuzuna zərər vurur. O, Simonyanın həm teleqramda, həm də feysbuk hesabında üzr və təkzib yerləşdirməsində israr edir. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:

"Daha əvvəl mənim tərəfimdən keçmiş Robert Koçaryana qarşı təhqiramiz ifadələr səsləndirilib ki, bununla da mən onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdürdüm. Mən bundan təəssüf edirəm və üzr istəyirəm".

Xatırladaq ki, R.Koçaryan iyunun 14-də Ermənistanın Nikol Paşinyan və parlamentin sədri Alen Samonyanı məhkəməyə verib. Onlardan ictimai üzr və mənəvi zərərə görə kompensasiya tələb edib. O, Paşinyandan 6 milyon dram (təxminən 15 min dollar), Simonyanadan isə 9 milyon dram (təxminən 23,7 min dollar) ödəməsini tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax