Operativ Məlumat Mərkəzi

Ramazan bayramının hava proqnozu açıqlanıb

2 dəq
Paylaş:
Ramazan bayramının hava proqnozu açıqlanıb

Aprelin 21-nə gözlənilən açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşama doğru arabir güclənən -qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti, axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° aşağı enəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gündüz şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax