Operativ Məlumat Mərkəzi

Rabitə naqili və optik kabel oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Rabitə naqili və optik kabel oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Belə ki, ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbiri nəticəsində İnşaatçılar qəsəbəsi ərazisində binalara məxsus 200 metr rabitə naqilini və 100 metr optik kabeli oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, məhkum olunmuş Cavid Şirinov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax