Operativ Məlumat Mərkəzi

Paytaxtda evdən 15500 manat oğurlanıb

1 dəq
Paylaş:
Paytaxtda evdən 15500 manat oğurlanıb
Oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat...

Oktyabrın 26-da Xətai rayonunda yerləşən evlərin birindən oğurluq edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək evindən 15500 manatının talandığını bildirib. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı B.Babayev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus “Hyundai” markalı avtomobilin ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı A.Tağıyev saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər