Operativ Məlumat Mərkəzi

Qusarda avtoxuliqanlıq edən sürücü tutulub

2 dəq
Paylaş:
Qusarda avtoxuliqanlıq edən sürücü tutulub
Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının...

Qusar rayonunda qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Quba Regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Qusar Rayon Polis İdarəsi Dövlət Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi "VAZ 2106" markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu kameraları vasitəsilə də qeydə alınıb.

Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax