Operativ Məlumat Mərkəzi

Qubadlıda yanğın baş verib - VİDEO

1 dəq
Paylaş:
Qubadlıda yanğın baş verib - VİDEO

Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” telefon xəttinə sözügedən ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri üzrə cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax