Operativ Məlumat Mərkəzi

Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib

1 dəq
Paylaş:
Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan məlumat verilib.

Hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil vətəndaşlara müvafiq göstərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax