Operativ Məlumat Mərkəzi

Qobustanda qadın qətlə yetirilib - YENİLƏNİB

2 dəq
Paylaş:
Qobustanda qadın qətlə yetirilib - YENİLƏNİB

Qəsdən adam öldürmə faktına görə başlanıb.

rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Qobustan rayonunda Sadıqova Günel Tahir qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Mürsəl Cabbarov hadisədən sonra özünə də xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax