Operativ Məlumat Mərkəzi

Qırğızıstanın 40 vətəndaşı Rusiyaya buraxılmayıb

1 dəq
Paylaş:
Qırğızıstanın 40 vətəndaşı Rusiyaya buraxılmayıb

Qırğızıstanın 40 vətəndaşı Moskvanın hava limanında ölkəyə buraxılmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qırğızıstan səfirliyinin əməkdaşları hava limanına səfər edərək Rusiyaya edilən ölkə vətəndaşları ilə görüşüblər.

Belə ki, Qırğızıstan vətəndaşları ən yaxın reyslərlə ölkələrinə aparılacaqlar. Nazirlikdən bildirilib ki, onların hamısı qida və su ilə təmin olunub.

Xatırladaq ki, martın 25-də Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktından sonra tədbirlərinin gücləndirilməsi ilə əlaqədar ölkə vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax