Operativ Məlumat Mərkəzi

"Qəzzada mülki insanları qəsdən hədəfə alan İsrail mühakimə olunmalıdır"- Oman XİN başçısı

1 dəq
Paylaş:
"Qəzzada mülki insanları qəsdən hədəfə alan İsrail mühakimə olunmalıdır"- Oman XİN başçısı
bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi "ONA" xəbər agentliyinə verdiyi müsahibə zamanı qeyd edib. Qəzzada mülki şəxslərə qarşı...

"İsrail blokada altındakı insanları qəsdən hədəfə aldığı üçün mühakimə olunmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Omanın naziri Bədr bin Həməd əl-Busaidi "ONA" xəbər agentliyinə verdiyi müsahibə zamanı qeyd edib.

Qəzzada mülki şəxslərə qarşı kollektiv cəzalar tətbiq edən, mallarına və canlarına ziyan vuran, ac qoyan və qəsdən hədəfə İsrailin mühakimə olunması lazım olduğunu bildirən Busaidi, İsrailin Qəzzaya qarşı qanun pozuntularına və hücumlarına son qoymaq üçün ictimaiyyətin addım atması lazım olduğunu bildirib.

Ölkəsinin dialoqa əsaslanan siyasi həllin tərəfdarı olduğunu vurğulayan Busaidi, yekun həllin yalnız “sülh yolları” ilə əldə oluna biləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax