Operativ Məlumat Mərkəzi

Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

1 dəq
Paylaş:
Qəzzada İsrailin tələbi ilə 250 minə yaxın fələstinli təxliyə edilib

Avqust ayında İsrail Müdafiə Qüvvələrinin mülki şəxslərin Qəzza zolağındakı yaşayış məntəqələrini tərk etmələrini tələb edən əmrləri 250 min fələstinlini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə -nin İşğal olunmuş Fələstin Ərazilərindəki Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

"Avqustun 21-nə olan məlumata görə, bu ay verilən təxliyə əmrləri 250 minə yaxın Qəzza sakinini əhatə edib", - məlumatda bildirilib.

Avqustun 21-i və 22-də verilmiş üç təxliyə daha 28,5 min insanın didərgin düşməsinə səbəb olub. təşkilatın məlumatına görə, onlar anklavda fəaliyyət göstərən 146 qaçqın düşərgəsinə yerləşdiriliblər.

Hesabatın müəllifləri qeyd ediblər ki, təxliyə əmrləri BMT, qeyri-hökumət və humanitar təşkilatların əməkdaşlarından da yan keçməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax