Operativ Məlumat Mərkəzi

Qərbi Azərbaycan İcması ABŞ-yə Ermənistanla bağlı çağırış edib

2 dəq
Paylaş:
Qərbi Azərbaycan İcması ABŞ-yə Ermənistanla bağlı çağırış edib

İcması ABŞ-yə Ermənistanla bağlı edib.

İcmadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan bəyanatda bildirilir:

"ABŞ-ın Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvinn İstisu (Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik.

Bilmək istərdik ki, dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-nin Ermənistanda - etnik təmizləmə yolu ilə monoetnik məkana çevrilmiş bir dövlətdə - səfiri olan xanım Kvinnin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.

Biz, həmçinin fürsətdən istifadə edərək ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə Antoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax