Əsas məzmuna keç

Qazaxıstanda daşqınlar səbəbindən təxminən 14 min insan təxliyə edilib

Qazaxıstanda daşqınlar səbəbindən təxminən 14 min insan təxliyə edilib

bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib. Bildirilib ki, 5 min 250-si uşaq olmaqla, ümumilikdə 13 min 659 nəfər xilas edilərək...

Qazaxıstanda martın əvvəlindən bəri davam edən güclü səbəbindən mütəxəssisləri 5 mini uşaq olmaqla, 14 min insanı təxliyə etməli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, 5 min 250-si uşaq olmaqla, ümumilikdə 13 min 659 nəfər xilas edilərək təhlükəsiz ərazilərə təhvil verilib. 1655 nəfər (onlardan 424-ü uşaq) helikopterlə təxliyə edilməli olub.

Aktobe, Qərbi Qazaxıstan, Akmola, Atırau və Kostanay vilayətlərindəki müvəqqəti yerləşdirmə mərkəzlərində 2386-sı uşaq olmaqla 6034 nəfər var.

Xilasetmə qrupları 10 mindən çox kənd təsərrüfatı heyvanlarını təhlükəsiz yerlərə aparıblar.

Yolların dağılması səbəbindən yerli hakimiyyət orqanlarının lazımi ərzaq və dərman ləvazimatları ilə təmin olunduğu 49 yaşayış məntəqəsi əlaqəsindən məhrum olub.

Qazaxıstanın yeddi rayonunda 8 mindən çox insan, 2 min quru texnikası və 14 helikopterlə xilasetmə işləri aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…