Qazaxıstanda daşqınlar səbəbindən təxminən 14 min insan təxliyə edilib

Qazaxıstanda daşqınlar səbəbindən təxminən 14 min insan təxliyə edilib
01.04.2024 16:22
Aa
dəq

Qazaxıstanda martın əvvəlindən bəri davam edən güclü daşqınlar səbəbindən mülki müdafiə mütəxəssisləri 5 mini uşaq olmaqla, təxminən 14 min insanı təxliyə etməli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, 5 min 250-si uşaq olmaqla, ümumilikdə 13 min 659 nəfər xilas edilərək təhlükəsiz ərazilərə təhvil verilib. 1655 nəfər (onlardan 424-ü uşaq) helikopterlə təxliyə edilməli olub.

Aktobe, Qərbi Qazaxıstan, Akmola, Atırau və Kostanay vilayətlərindəki müvəqqəti yerləşdirmə mərkəzlərində 2386-sı uşaq olmaqla 6034 nəfər var.

Xilasetmə qrupları 10 mindən çox kənd təsərrüfatı heyvanlarını təhlükəsiz yerlərə aparıblar.

Yolların dağılması səbəbindən yerli hakimiyyət orqanlarının lazımi ərzaq və dərman ləvazimatları ilə təmin olunduğu 49 yaşayış məntəqəsi nəqliyyat əlaqəsindən məhrum olub.

Qazaxıstanın yeddi rayonunda 8 mindən çox insan, 2 min quru texnikası və 14 helikopterlə xilasetmə işləri aparılır.

Həftənin ən çox oxunanları

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB

İran Prezidentini daşıyan helikopter qəzaya uğrayıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
DAVAMIN OXU davamın oxu

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
DAVAMIN OXU davamın oxu

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq

Türkiyə XİN: Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq
DAVAMIN OXU davamın oxu