Operativ Məlumat Mərkəzi

Qazaxıstan XİN Azərbaycanın İrandakı səfirliyinə olan terror aktını qınayır

2 dəq
Paylaş:
Qazaxıstan XİN Azərbaycanın İrandakı səfirliyinə olan terror aktını qınayır

Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə və missiya üzvlərinin xəsarət alması ilə nəticələnən silahlı hücumunu qətiyyətlə pisləyən bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"nin xəbərinə görə, Qazaxıstan diplomatik missiyalara və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq, təcavüz hərəkətlərini qəbuledilməz sayır.

"Hesab edirik ki, bu cür hücumlar hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır. Qardaş xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xəsarət almış şəxslərə tezliklə sağalmasını arzu edirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyəti hadisəni hərtərəfli araşdırmasını aparacaq, törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək", - Qazaxıstan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax