Operativ Məlumat Mərkəzi

Qazaxıstan Prezidenti İtaliyada səfərdədir

1 dəq
Paylaş:
Qazaxıstan Prezidenti İtaliyada səfərdədir

Prezidenti Kasım-Jomart İtaliyaya rəsmi səfərə gedib. Onu Quirinal sarayında İtaliya Prezidenti Sercio Mattarella qarşılayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Akordanın (Qazaxıstan ) xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Tokayev Corcia Meloni ilə də danışıqlar aparacaq, İtaliyanın bir sıra iri şirkətlərinin rəhbərləri ilə görüşdə iştirak edəcək.

Qeyd edək ki, Kasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək.

Xatırladaq ki, bundan əlavə, Tokayev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) qərargahlarına baş çəkəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax