Operativ Məlumat Mərkəzi

Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında vasitəçiliyini təklif edib

2 dəq
Paylaş:
Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında vasitəçiliyini təklif edib

Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla arasında üçün vasitəçiliyini təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə, xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır.

Biz İrəvan və Bakının sülh sazişini imzalamaq istəyini alqışlayırıq. Əsas məqsədimiz bizə dost olan iki ölkənin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir", - o söyləyib.

Tokayev Ermənistanın Cənubi Qafqazda əlaqələrini aktivləşdirmək cəhdlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, Astananın Paşinyan tərəfindən irəli sürülən “Dünyanın kəsişməsi” layihəsini dəstəklədiyini deyib. Qazaxıstan Prezidenti ölkəsi ilə Ermənistan arasında aviadaşımaların stimullaşdırılmasının vacibliyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax