Operativ Məlumat Mərkəzi

Qaxda bələdiyyə sədrləri cərimələnib

2 dəq
Paylaş:
Qaxda bələdiyyə sədrləri cərimələnib

Qax rayonunda bələdiyyə sədrləri cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Mayın 18-də Qax rayonu ərazisində keçirilən belə tədbir zamanı və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Ləkit bələdiyyəsinin sədri A.Sədrikazımov, Güllük kənd bələdiyyəsinin sədri F.Qumasov və Qum kənd bələdiyyəsinin sədri S.Qurbanov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax