Əsas məzmuna keç

Qaribaşvili: “Gürcü arzusu” parlament seçkilərində 60 faiz səs toplaya bilər”

Qaribaşvili: “Gürcü arzusu” parlament seçkilərində 60 faiz səs toplaya bilər”

bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. “Seçkilər bu gün olsaydı, “Gürcü arzusu” azı 60 faiz səs toplayardı. Biz seçkilərdən narahat...

Hakim “ arzusu – Demokratik ” partiyası 60 səs toplaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Seçkilər bu gün olsaydı, “Gürcü arzusu” azı 60 faiz səs toplayardı. Biz seçkilərdən narahat deyilik, lakin əmin-amanlığın, sabitliyin və sürətli iqtisadi inkişafın davam etdirilməsi üçün ölkəmizə və xalqımıza lazım olan maksimum nəticəni əldə etməyə hazırlaşırıq”, - o qeyd edib.

Onun sözlərinə görə, bu gün müxalifətin qalib gəlmək şansı yoxdur: “Gürcüstan xalqı çox görür, kimin keçmişi olduğunu bilir. Onlar çox gözəl bilirlər ki, bu gün ölkədə üçüncü qüvvə yoxdur”.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 26-da seçkiləri keçiriləcək. Partiyaların qeydiyyatı artıq başlayıb və bu proses sentyabrın əvvəlində başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…