Operativ Məlumat Mərkəzi

Qarabağa səfər üçün icazəni “mygov” platforması ilə də almaq mümkün olacaq

2 dəq
Paylaş:
Qarabağa səfər üçün icazəni “mygov” platforması ilə də almaq mümkün olacaq

Azərbaycanda vətəndaşlar işğaldan azad ərazilərə səfər üçün icazələri artıq “mygov” platforması vasitəsilə ala biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İnkişaf və Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilir ki, əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilirdi. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə ləğv edə bilər.

Səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax