Operativ Məlumat Mərkəzi

Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

1 dəq
Paylaş:
Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

Sentyabrın 16-sı saat 13:00 radələrində sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri- silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax