Operativ Məlumat Mərkəzi

Qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb

2 dəq
Paylaş:
Qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb

Qanunsuz dini fəaliyyətini təşkil edən barədə hüquqi tədbirlər görülüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Xarici ölkə vətəndaşlarının ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbir həyata keçiriblər.

Tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycanın Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınmış və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax