Əsas məzmuna keç

“Qan ver, həyat ver!”: AZAL Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

“Qan ver, həyat ver!”: AZAL Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 may - Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası...

Hava Yolları” QSC (AZAL) 8 may - Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in AZAL-a istinadən verdiyi məlumata görə, aksiya Azərbaycan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.

Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.

Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.

AZAL gələcəkdə bu cür xeyriyyə tədbirlərini davam etdirməyi planlaşdırır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…