Operativ Məlumat Mərkəzi

"Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub

1 dəq
Paylaş:
"Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub

Filippin və Tayvanda "Qaemi" qasırğası 25 nəfərin həyatına son qoyub

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Qaemi" qasırğası, və Filippində törədib.

Məlumata görə, Tayvanda torpaq sürüşməsi və daşqınlar qeydə alınıb, nəticədə 3 nəfər ölüb.

Filippində isə qurbanların sayı artıq 22-yə çatıb.

“The Guardian” yazıb ki, Filippinin paytaxtı Manilada 300 mm-dən çox yağış yağıb və bu, genişmiqyaslı daşqınlara səbəb olub. Bəzi ərazilərdə suyun səviyyəsi birmərtəbəli binaların hündürlüyünə qədər qalxıb.

Tayvanda ən azı dörd bölgəyə 14 saat ərzində 1000 mm-dən çox yağış düşüb.

Çinin cənub-şərqində 200-300 mm yağıntının düşəcəyi və iki-üç gün ərzində Qaemi qasırğasının zəifləyəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax