Operativ Məlumat Mərkəzi

Prokurorluq: Süni ajiotaja səbəb olan hərəkətlərə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq

2 dəq
Paylaş:
Prokurorluq: Süni ajiotaja səbəb olan hərəkətlərə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq

Ötən gündən bəri bəzi istifadəçiləri tərəfindən əhalinin həssas mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun xidmətinin böyük prokuroru Kənan Zeynalov keçirilən brifinqdə deyib.

Baş Prokurorluğun rəsmisi diqqətə çatdırıb ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur: "Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol şəxslər məsuliyyətə cəlb olunacaq. Əminliklə bildiririk ki, xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax