Əsas məzmuna keç

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir - 12.08.2024

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir - 12.08.2024

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat...

orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ictimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2024-cü il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

"Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Respublikası Baş Prokurorluğunun https://hr..gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkidə daxil olmaqla əldə edə bilər"-deyə məlumatda qeyd olunub.

Məlumatda deyilib ki, sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və hesablarında məlumat veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…