Operativ Məlumat Mərkəzi

Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşib

2 dəq
Paylaş:
Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşib

Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MSK-dan məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir. Qurumlararası çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Nəşrdə seçkilərinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax