Əsas məzmuna keç

Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşib

Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşib

Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Bu barədə "Operativ Məlumat...

Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə “ əməkdaşları üçün kitabçası” hazırlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MSK-dan məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl və sistemli şəkildə davam edir. Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.

Nəşrdə seçkilərinin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelə rol və vəzifələri aydın şəkildə göstərilib.

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaş kitabçası Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” qanun və MSK-nın təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…