Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev: Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır

2 dəq
Paylaş:
Prezident İlham Əliyev: Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Putin, Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, bu müddəanı əslində, pozur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və üçün Yaşıl Baxış” mövzusunda forumda çıxışında deyib.

“İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax