Əsas məzmuna keç

Prezident İlham Əliyev Böyük Britaniya Kralını təbrik edib

Prezident İlham Əliyev Böyük Britaniya Kralını təbrik edib

məktubda deyilir: "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin...

Respublikasının Prezidenti İlham Əliyev Böyük və Şimali İrlandiyanın Kralı III Çarlza göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq diləyirəm".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…