Operativ Məlumat Mərkəzi

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

2 dəq
Paylaş:
Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

İlham Əliyev Bosniya və Herseqovinanın Heyətinin Sədri Jelko Komşiçə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı .

Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. Daim artan siyasi təmaslarımız və fəal dialoqumuz bir sıra sahələrdə səmərəli qarşılıqlı fəaliyyətimiz ilə müşayiət olunur.

Əminəm ki, xalqlarımızın dostluğundan qaynaqlanan Azərbaycan-Bosniya və Herseqovina münasibətləri bundan sonra da birgə səylərimizlə inkişaf etməyə, əməkdaşlığımız möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax