Operativ Məlumat Mərkəzi

Prezident: “Azərbaycan və Qırğızıstan bir-birini həmişə dəstəkləyəcək”

2 dəq
Paylaş:
Prezident: “Azərbaycan və Qırğızıstan bir-birini həmişə dəstəkləyəcək”

"Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə strukturlarda da ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə deyib.

"Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz", - qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax