Operativ Məlumat Mərkəzi

Prezident ailəsi STEAM Azərbaycan Festivalında - FOTOLAR

2 dəq
Paylaş:
Prezident ailəsi STEAM Azərbaycan Festivalında - FOTOLAR

Noyabrın 19-da Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri , Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM ” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, elm və təhsil naziri qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.

Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar.

Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, noyabrın 17-19-u tarixlərini əhatə edən Beynəlxalq STEAM Azərbaycan Festivalı robototexnika, , bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Festivalda ümumilikdə 22 ölkə iştirak edir.























Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax