Operativ Məlumat Mərkəzi

“Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıb

1 dəq
Paylaş:
“Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıb

Nərimanovda “Porsche”nin dövlət nömrə nişanını şəxslər saxlanılıblar.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı vasitəsinin dövlət nişanının rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb.

Araşdırma zamanı saxlanılanların aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax