Operativ Məlumat Mərkəzi

Polşada işsiz ukraynalılar müavinətdən məhrum edilib

2 dəq
Paylaş:
Polşada işsiz ukraynalılar müavinətdən məhrum edilib

Polşa prezidenti Karol Navrotski işsiz vətəndaşlarına sosial müavinətlər və tibbi yardımı nəzərdə tutan qanuna veto qoyduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə ''RİA Novosti'' məlumat yayıb.

Polşa rəhbəri izah edib ki, son 3,5 ildə ölkədə vəziyyət dəyişib və indi yalnız işləyən vətəndaşlar hər uşaq üçün aylıq 800 zloti (təxminən 200 dollar) üçün müraciət edə bilərlər.

Navrotski qeyd edib ki, xüsusi hərbi (SVO) başlayandan sonra Ukraynadan Polşaya bir neçə milyon qaçqın gəlib. Həmin vaxt ölkə parlamenti Ukraynadan olan bütün qaçqınlara bir sıra güzəştlər verən qanun qəbul edib. Xüsusilə, bu, pulsuz tibbi xidmətə, eləcə də bir sıra sosial müavinətlərə aid edilib.

O, əlavə edib ki, Ukraynadan olan işsiz qaçqınlar Səhiyyə Fonduna ödəniş etmirlər, lakin Polşa vətəndaşları ilə müqayisədə imtiyazlı vəziyyətdədirlər, ona görə də işsiz artıq pulsuz tibbi xidmətdən olacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax