Operativ Məlumat Mərkəzi

Polşa və Ukrayna sərhədində minlərlə yük maşını yığılıb

2 dəq
Paylaş:
Polşa və Ukrayna sərhədində minlərlə yük maşını yığılıb

Polşalı fermerlərin etirazına görə Polşa- sərhədində 2,3 min yük maşınından növbə yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Xidmətinin nümayəndəsi Andrey bildirib.

"Şənbə günü, martın 9-u səhər saatlarında Polşa sərhədində bütün istiqamətlərdə 2300 yük maşını növbə çəkir və polşalı fermerlər səyahətlərini çətinləşdirir və ya qeyri-mümkün edir",- deyə Demçenko qeyd edib.

Eyni zamanda o bildirib ki, Krakovets keçid məntəqəsinə doğru blokada martın 13-dək başa çatdırılmalıdır.

Sərhəd agentliyinin nümayəndəsinin sözlərinə görə, ən böyük sıxlığı Yaqodin və Şeqini keçid məntəqələrində müşahidə olunur, etirazçılar Polşaya gedən yük maşınlarını ümumiyyətlə buraxmırlar.

Qeyd edək ki, polşalı fermerlərin etirazları fevralın əvvəlindən davam edir. Fermerlərin əsas tələbi Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaqdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax