Operativ Məlumat Mərkəzi

Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

2 dəq
Paylaş:
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

Əfsanəvi tenor Dominqo noyabrın 14-də Bakıda Mərkəzində çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti iştirak edib.

Konsertdə Plasido Dominqo (Placido ) ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış ediblər.

Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.

Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.

Plasido Dominqonun tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.

Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax