Operativ Məlumat Mərkəzi

Peşə təhsiliylə əlaqədar məhkumlara dair vahid informasiya sistemi yaradılacaq

2 dəq
Paylaş:
Peşə təhsiliylə əlaqədar məhkumlara dair vahid informasiya sistemi yaradılacaq

Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya yaradılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Elm və , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılmasını 2025–2027-ci illər ərzində təmin etməlidir. Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin İnformasiya Sistemi vasitəsilə 10 aidiyyəti dövlət orqanının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi həyata keçiriləcək.

Eyni zamanda bu müddət ərzində Ədliyyə Nazirliyi digər qurumlarla birgə peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılmasını təmin etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax