Operativ Məlumat Mərkəzi

Peşə təhsili müəssisələrinə qəbul üzrə 36 mindən çox şəxs müraciət edib

1 dəq
Paylaş:
Peşə təhsili müəssisələrinə qəbul üzrə 36 mindən çox şəxs müraciət edib

11 avqust 18:00-dan 2025-2026-ci ili üçün təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

22 iyul tarixindən etibarən www..edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə veriblər.

Müsabiqənin nəticələrinin 16 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 26 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax