Operativ Məlumat Mərkəzi

Peruda Amazon meşələrində dünyadan təcrid olunmuş qəbilə aşkar edilib

1 dəq
Paylaş:
Peruda Amazon meşələrində dünyadan təcrid olunmuş qəbilə aşkar edilib

Dünyadan tamamilə şəkildə yaşayan Perunun cənub-şərqindəki meşələrində aparılan ağac əməliyyatlarından cəmi bir neçə kilometr aralıda “-Piro” qəbiləsi görüntülənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yerli əhalinin hüquqları üçün çalışan qeyri-hökumət təşkilatı olan "Survival International" məlumat yayıb.

Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən "Survival International" könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların "Maşko-Piro" əhalisinə təhvil verilməsini tələb edib.

750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan "Maşko-Piro" qəbiləsinin "dünyadan təcrid olunmuş ən böyük qəbilə" olduğu təxmin edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax