Operativ Məlumat Mərkəzi

Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadına 4 il həbs cəzası verilə bilər

2 dəq
Paylaş:
Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadına 4 il həbs cəzası verilə bilər

Ermənistanın Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlamağa cəhddə şübhəli Qayane 4-6 il müddətinə azadlıqdan məhrum edilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Akopyanın vəkili Vaan Ovannisyan mayın 19-da jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üzləşmə zamanı Aşot Paşinyan və Qayane Akopyan öz ifadələrində israr ediblər.

Bildirilib ki, məhkəmənin mayın 19-da keçirilən iclasının qərarı sabah açıqlanacaq. Məlumata görə, Qayane Akopyan barəsində həbs qətimkan tədbiri seçilə bilər.

Bununla bağlı olaraq İkinci müharibəsində həlak olan erməni hərbçilərin yaxınları İrəvanda aksiya keçirirlər. Aksiya iştirakçıları arasında müxalif deputatlar da var. Onlar paytaxtın Arşakunyats prospektini bağlayıblar.

Qeyd edək ki, Aşot Akopyanın oğurlanmasına cəhddə şübhəli bilinərək saxlanılan Robert Movsisyan Qayane Akopyanın hüquqlarını müdafiə etmək məqsədilə aclıq aksiyası keçirir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax