Operativ Məlumat Mərkəzi

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

1 dəq
Paylaş:
Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, onun məqsədi olmalı və Ermənistanın mövcud reallığını ifadə etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ermənistanın Nikol ölkə konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirdə söyləyib.

Onun sözlərinə görə, konstitusiya ilə “real ” ideologiyası kəsişir. “500 illik tariximizdən fərqli olaraq, indi başqa reallıq mövcuddur. Yeni reallıq isə yeni konstitusiyanın qəbulunu şərtləndirir. Bunun üçün də Ermənistan xalqının iradəsinin azad ifadəsi ilə qəbul edilmiş yeni konstitusiya olmalıdır. Yeni konstitusiya vətən və dövlət anlayışlarını da konkret olaraq göstərməlidir”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Danilyan yeni konstitusiyaya ehtiyac olduğunu, mütəxəssislərin artıq bu istiqamətdə çalışdıqlarını bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax