Əsas məzmuna keç

Paşinyan Cənubi Qafqazda sülhün ABŞ-ın xarici siyasətinin prioriteti olmasını istəyir

Paşinyan Cənubi Qafqazda sülhün ABŞ-ın xarici siyasətinin prioriteti olmasını istəyir

bu barədə xarici KİV məlumat yayıb. “ABŞ-ın Ermənistanı dəstəkləməsinin ən təsirli yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün...

Ermənistanın baş naziri bildirib ki, Vaşinqtonun ABŞ-ın siyasi elitasının Qafqazda sülh gündəminə dəstəyi şəklində olmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“ABŞ-ın Ermənistanı dəstəkləməsinin ən təsirli yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün təmin edilməsi gündəliyini siyasi elitanın prioritetləri sırasına daxil etmək çox vacib olardı. Çünki biz , əlbəttə ki, azadlıqları, o cümlədən dini etiqad azadlığını dəstəkləyirik, amma insanların azadlıqlarını qorumaq üçün ən yaxşı vasitənin sülh olduğuna inanıram”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, münaqişə mühiti müxtəlif insan hüquqlarının pozulması üçün ən münasibdir və buna görə də hakimiyyəti sülh gündəliyinə diqqət yetirib. O hesab edir ki, Cənubi Qafqazda demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi üçün lazımi mühiti yalnız sabit sülh yolu ilə əldə etmək olar.

bildirib ki, Ermənistan hazırda demokratiyanı və onun institusional əsaslarını gücləndirməyə, demokratiyanın hakimiyyətdəki siyasi qüvvələrin iradəsindən asılı olmamasına çalışır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…