Operativ Məlumat Mərkəzi

Paşinyan Bayden administrasiyasını tənqid edib

1 dəq
Paylaş:
Paşinyan Bayden administrasiyasını tənqid edib

Nikol ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi Ceyms O’Braynın fəaliyyətini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan lideri bu məsələyə bugünkü brifinqdə toxunub.

Onun sözlərinə görə, “məhz O’Braynın dövründə Ermənistan üçün ən həssas dövr olub”.

“Əgər cənab O’Brayn Ermənistan Respublikasının həssaslığından danışırsa, mən qeyd etməliyəm ki, Ermənistan məhz onun və onların hakimiyyəti dövründə ən həssas dövründə idi. 2021, 2022 və 2023-cü illər hadisələrini xatırlatmaq istəyirəm”, - Paşinyan qeyd edib.

Ermənistan lideri əlavə edib ki, o vaxtkı ABŞ administrasiyasının regionda prosesinin dəstəklənməsi məsələlərindəki reaksiyasından və işindən heç vaxt razı qalmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax