Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb

2 dəq
Paylaş:
Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb

Ermənistanın Nikol Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bu barədə "Facebook" hesabında yazıb.

"Axalkalaki - Qars dəmir yolunun, eləcə də dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm", - Paşinyan yazıb.

O bildirib ki, hazırda Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə, Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstandan keçməklə, Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub.

Bundan əlavə, hökumət başçısı qeyd edib ki, tezliklə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin işə salınması gözlənilir.

"TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq", - Paşinyan vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax