Operativ Məlumat Mərkəzi

Parlament seçkilərində Xavyer Mileyin partiyası qalib gəldi

2 dəq
Paylaş:
Parlament seçkilərində Xavyer Mileyin partiyası qalib gəldi

Argentinada keçirilən seçkilərində Xavyer Mileyin etdiyi partiyası qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, səslərin 96 faizi sayıldıqdan sonra açıqlanan ilkin nəticələrə əsasən, Mileyin partiyası "La Libertad Avanza" (İrəliləyən Azadlıq) 39 faiz səs toplayaraq seçkidə qələbə qazanıb.

Peronist müxalifətin yaratdığı "Fuerza Patria" (Vətən Gücü) ittifaqı isə səslərin 29,4 faizini əldə edib.

Mileyin partiyası paytaxt Buenos Ayres, eləcə də Kordoba, Santa Fe və Mendosa kimi mühüm əyalət və bölgələrdə də uğur qazanıb.

Müxalifət isə 7 sentyabrda keçirilmiş əyalət seçkilərində qalib gəldiyi Buenos Ayresdə gözlənilməz məğlubiyyət yaşayıb.

Bu nəticələr sayəsində iqtidar islahat layihələrini həyata keçirmək və müxalifətin prezident fərmanlarını əngəlləmə cəhdlərini təsirsiz hala gətirmək üçün ciddi qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax