Operativ Məlumat Mərkəzi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir - SİYAHI

2 dəq
Paylaş:
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir - SİYAHI

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İnzibati Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəlləyə təklif edilən yeni 346-1.6-cı maddəyə görə enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə mühərrikli vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Eyni zamanda 346-1.7-ci yeni maddəyə görə, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat, zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat məbləğində cərimə olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax