Əsas məzmuna keç

Qubanın 3 kəndinin adı dəyişdirilir: Yeni qanun layihəsi hazırlandı

Qubanın 3 kəndinin adı dəyişdirilir: Yeni qanun layihəsi hazırlandı

Milli Məclis şimal bölgəsindəki yaşayış məntəqələrinin toponimlərini yeniləyir. Parlamentdəki siyahıda hansı ərazilər var? Qərarın detalları və siyahı burada.

en ru

Quba rayonunun bir sıra vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi hazırlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə sənəd parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Xatırladaq ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…