Əsas məzmuna keç

Paris-2024: Günün oyun cədvəli belədir

Paris-2024: Günün oyun cədvəli belədir

ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək. Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və...

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və gimnastika üzrə hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər.

Güləşçilərimizdən isə Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Onlar 1/8 finalda müvafiq olaraq misirli Diaeldin Abdelmottaleb və albaniyalı Valiyevlə üz-üzə gələcəklər. Güləş yarışları vaxtı ilə saat 13:00-da start götürəcək.

Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…